2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda bankların biznes, ipoteka və istehlak kreditləri portfeli artıb.
Mərkəzi Bankın məlumatına görə, 30 iyun 2023-cü il tarixinə bankların kredit portfeli 21 milyard 296,2 milyon manat məbləğində qiymətləndirilir (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 8,7%). İyunda bankların portfeli 636,9 milyon manat artıb.
2023-cü ilin yanvar-iyun aylarında bankların biznes kreditləri portfeli 7,3% - 11 milyard 650,5 milyon manata qədər (bütün kredit portfelinin 54,7%-i), iyunda 479,7 milyon manat artıb.
Yanvar-iyun aylarında bankların istehlak kreditləri portfeli 9,9% - 6 milyard 324,7 milyon manata qədər artıb, xüsusi çəki 29,7% təşkil edib. İyunda istehlak kreditləri portfeli 100,2 milyon manat artıb.
Hesabat dövründə bankların ipoteka kreditləri portfeli 11,2% - 3 milyard 321 milyon manata qədər və ya bankların bütün kredit portfelinin 15,6%-i səviyyəsində artıb. İyunda ipoteka kreditləri portfeli 57 milyon manat artıb.
2023-cü il iyunun 30-na Azərbaycanda 24 bank fəaliyyət üçün lisenziyaya malik olub.*
X.Nəsirzadə