Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 9% səviyyəsində saxlayıb.
AMB-nin məlumatında deyilir ki, faiz dəhlizinin aşağı həddi 7.5%, yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlanılıb.
Bu qərar aparılmış makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişimi nəzərə alınmaqla verilib.
AMB bundan əvvəl ardıcıl olaraq beş dəfə, sonuncu dəfə isə 2023-cü il mayın 4-dən uçot dərəcəsini 25 baza bəndi – 9%-ə qədər artırıb, iyunda isə 9% səviyyəsində saxlayıb.
Pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il sentyabr ayının 26-da açıqlanacaq.**
N.Abbasova