2024-cü ilin mart ayında Bakıda ilk dəfə olaraq Bakı Su Həftəsi təşkil ediləcək.
Su Həftəsi Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi məsələlərinin, cari vəzifələrin və onların həlli yollarının, habelə maraqlı tərəflər üçün yeni imkanların müzakirəsinə həsr ediləcək. 12-14 mart tarixlərində baş tutacaq Bakı Su Həftəsi çərçivəsində Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının keçirilməsi planlaşdırılır.
Tədbirin təşkil edilməsində əsas məqsəd Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkəmizə yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlb edilməsi, eləcə də bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıqların müzakirəsidir.
Tədbiriçməli suların emalı, su təchizatı və tullantı sular üzrə inşaat və qazma texnikası və avadanlığı, su təsərrüfatı obyektlərinin layihələndirilməsi və tikintisi, su təsərrüfatında İnformasiya və kommunikasiya texnologiyaları, suyun duzsuzlaşdırılması texnologiyaları, təbii fəlakətlərə qarşı tətbiq olunan texnologiyalar, laboratoriya avadanlıqları, tullantı və yağış suların axıdılması və emalı sistemləriüzrə bölmələri əhatə edəcək.
Bakı Su Həftəsinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən rəsmi dəstək göstərilir, təşkilatçısı qismində isə “Caspian Event Oraganisers” şirkəti çıxış edir. **
B.Rüstəmbəyov