2023-cü ilin sonunadək Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $9-10 milyard səviyyəsində gözlənilir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bəyan edib.
«Azərbaycanın cari tədiyə balansı əməliyyatları ilə bağlı iyul proqnozlarımıza gəldikdə, baza ssenarimizdə bu ilin sonuna qədər hesabın profisiti $9-10 milyard səviyyəsində proqnozlaşdırılır», - Kazımov çərşənbə günü mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2024-cü ildə hesabın profisiti $7,5-8,5 milyard səviyyəsində gözlənilir.
Xəbər verildiyi kimi, 2023-cü ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $3 milyard 376,2 milyon (azalma 14,:%) və ya ÜDM-in 18,9%-ni təşkil edib.
2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti rekord $23 milyard 478,1 milyon (2021-ci ilin göstəricsindən +2,8 dəfə) və ya ÜDM-in 23,5%-i səviyyəsində təşkil edib. **
X.Nəsirzadə