Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin sonuna Azərbaycanda orta illik inflyasiyanın 6-7%-dək azalmasını proqnozlaşdırır. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bəyan edib.
“AMB-nin iyul proqnozlarına əsasən, cari ilin sonunda orta illik inflyasiya 6-7% səviyyəsində gözlənilir”, - Kazımov çərşənbə günü mətbuat konfransında deyib.
Bundan əlavə, proqnozlara görə, 2024-cü ildə orta illik inflyasiya 5-6% civarında gözənilir.
Xəbər verildiyi kimi, DSK-nın məlumatına əsasən, 2023-cü ilin iyun ayında Azərbaycanda deflyasiya 0,9% (mayda 0,4%) səviyyəsində qeydə alınıb.
İyunun sonuna orta illik inflyasiya mayın sonuna 13,1%-ə qarşı 12,7%-dək azalıb.
İqtisadiyyat Nazirliyinin yenilənmiş proqnozlarına görə, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiyanı 10,4% təşkil edəcək.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib. **
X.Nəsirzadə