Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 27-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyulun 27-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8862 manat/1EUR səviyyəsində (iyulun 26-na 1.8783 manat/1EUR) müəyyən edilib.
AMB iyulun 27-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0189 manat/1RUB səviyyəsində (iyulun 26-na 0.0188 manat/1RUB) müəyyən edib.
İyulun 27-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0631 manat/1TRY səviyyəsində qalıb.*
X.Nəsirzadə