2023-cü ilin yanvar-iyun aylarında SOCAR 3 milyon 851,465 min ton neft hasil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
2022-ci ilin I yarısında SOCAR 3 milyon 864,839 min ton neft hasil edib. Beləliklə, 2023-cü ilin yanvar-iyun aylarında neft hasilatı 0,3% azalıb.
SOCAR 2023-cü ilin I yarısında 4 milyard 440 milyon 479,3 min kubmetr qaz hasil edib. 2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 3 milyard 873 milyon 595,516 min kubmetr təşkil edib. Beləliklə, şirkət 2023-cü ilin yanvar-iyun aylarında qaz hasilatını 14,6% artırıb.
2023-cü ilin II rübündə şirkət tərəfindən 1 milyon 930,974 min ton neft və 2 milyard 235 milyon 127,3 min kubmetr qaz hasil edilib. 2022-ci ilin II rübünün göstəricisi ilə müqayisədə neft hasilatı 0,5% azalıb, qaz hasilatı 14,3% artıb.
2022-ci ildə SOCAR 7 milyon 785,286 min ton neft (azalma 1,4%) və 8 milyard 69,963 milyon kubmetr qaz (artım 2,7%) hasil edib.*
N.Abbasova