Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-may ayında Azərbaycandan neft idxalını ötən ilin analoji dövrü ilə müqayisədə 3,9% - 8,362 milyon tonadək artırıblar.
Avropa İttifaqının Statistika İdarəsindən (Avrostat) “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, hesabat dövründə Aİ ölkələrinin Azərbaycandan aldığı neftin dəyəri 5,063 milyard avro (ildən ilə azalma 11,9%) təşkil edib.
2023-cü ilin may ayında Aİ ölkələri Azərbaycandan 855,972 milyard avro dəyərində (azalma 44%) 1,506 milyon ton neft (azalma 21,1%) idxal edib.
May ayında Azərbaycandan neft idxal edən Aİ ölkələrinin TOP-5-nə İtaliya (502,049 milyon avro dəyərində (azalma 37,7%) 897,543 min ton (ildən ilə azalma 11,7%)), İspaniya (101,555 milyon avro dəyərində (artım 41%) 176,122 min ton (artım 2,1 dəfə)), Çexiya (108,638 milyon avro dəyərində (azalma 14,1%) 175,973 min ton (artım 7,9%)), Avstriya (45,080 milyon avro dəyərində (bir il əvvəl tədarük olunmayıb) 77,853 min ton və Yunanıstan (47,343 milyon avro dəyərində (bir il əvvəl tədarük olunmayıb) 86,971 min ton daxil olub.
Yanvar-may aylarında İtaliya 2,682 milyard avro dəyərində 4,499 milyon ton neft, Çexiya – 506,716 milyon avro dəyərində 807,667 min ton neft, İspaniya – 659,178 milyon avro dəyərində 1,068 min ton neft, Avstriya – 210,764 milyon avro dəyərində 349,168 min ton neft, Yunanıstan – 158,858 milyon avro dəyərində 268,644 min ton neft idxal edib.
Avrostatın son məlumatına görə, Aİ ölkələri 2022-ci ildə Azərbaycandan 15 milyard 105 milyon avro dəyərində (artım 66,9%) 19 milyon 740,164 min ton neft (2021-ci illə müqayisədə azalma 1,2%) idxal ediblər.**
R.Kərimov