“Bank BTB” ASC 2023-cü ilin birinci yarısında aktivlərini 1,9% - 381,214 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2022-ci il iyunun 30-na bankın kredit portfeli (ehtiyatlar çıxılmaqla - İF) 262,149 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 4,4% - İF) təşkil edib.
Bankın öhdəlikləri 330,916 milyon manata (artım 2,1%) bərabərdir. Hesabat dövrünün sonuna bankda depozitlər 148,648 milyon manat (azalma 6,6%) təşkil edib.
2023-cü ilin iyul ayının əvvəlinə “Bank BTB”nin kapitalı 50.297 milyon manata (artım 0,5%), nizamnamə kapitalı 66,45 milyon manata (dəyişməyib) bərabərdir.
Bank yarım il ərzində 5,274 milyon manat məbləğində zərərə qarşı 309 min manat məbləğində xalis mənfəətlə başa vurub.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.**
X.Nəsirzadə