2023-cü ilin yanvar-iyun aylarında “Ziraat Bank Azerbaycan” ASC-nin (Türkiyənin “Ziraat Bankası”nın törəməsi) aktivləri 26,7% - 670 milyon 355,72 min manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 iyun 2023-cü il tarixinə bankın kredit portfeli 347,957 milyon manat (2022-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə artım 9,6% - İF) təşkil edib.
“Ziraat Bank Azerbaycan”ın öhdəlikləri 599 milyon 239,84 min manata (artım 32,4%) bərabərdir.
Bankdakı depozitlər 452,962 milyon manat (artım 42,5%), o cümlədən əhalinin əmanətləri 174,386 milyon manat (artım 41%) təşkil edir.
İyul ayının əvvəlinə “Ziraat Bank Azerbaycan”ın kapitalı 111 milyon 115,88 min manata (artım 4,4%), nizamnamə kapitalı 65,5 milyon manata (dəyişməyib) bərabərdir.
Cari ilin I yarısının yekunları üzrə bankın xalis mənfəəti 4 milyon 128,9 min manat (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 8,4%) olub.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2014-cü il dekabrın 30-da "Ziraat Bank Azerbaycan" ASC-yə bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib.**
X.Nəsirzadə