Cümə günü Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramov Kolumbiyanın Bakıdakı yeni səfiri Luis Fernando Kuartas Ayalanın etimadnaməsinin surətini qəbul edib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
“28 iyul tarixində xarici İşlər naziri Ceyhun Bayramov Kolumbiya Respublikasının ölkəmizə yeni təyin edilmiş səfiri Luis Fernando Kuartas Ayalanı qəbul edib. Kolumbiya səfiri etimadnaməsinin surətini nazirə təqdim edib”, - XİN-in məlumatında deyilir. **
R.Kərimov