Bazar günü Pakistanın Əfqanıstanla sərhədi yaxınlığındakı Bajaur rayonunda keçirilən siyasi mitinq zamanı baş verən partlayışda ən azı 35 nəfər həlak olub. Bu barədə “Əl-Cəzirə” xəbər portalı məlumat verir.
Polisin məlumatına görə, 100-dən çox adam yaralanıb, bəzilərinin vəziyyəti ağırdır. Yaralılardan bəziləri təyyarə ilə Pişəvər şəhər xəstəxanalarına çatdırılıb.
Partlayış «Camaat-i islami» islamçı partiyasının tərəfdarlarının qurultayı zamanı, yüksək vəzifəli liderlər oraya gəlməmişdən əvvəl baş verib. Portal qeyd edir ki, hücum terrorçu-kamikadzenin köməyi ilə həyata keçirilib.
Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. **