İyulun 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfərə yola düşüb.
“Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur”, - deyə Xarici İşlər Nazirliyindən bildirilib.*
N.Abbasova