2023-cü ilin yanvar-iyun aylarında “Bank Avrasiya”nın aktivləri 8% - 206 milyon 272,72 min manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 iyun 2023-cü il tarixinə bankın kredit portfeli 136,607 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 9% - İF) təşkil edib. İstehlak kreditləri 13,477 milyon manat (artım 51,8%), biznes kreditləri 67,927 milyon manat (artım 1,5%), daşınmaz əmlak kreditləri 55,203 milyon manat (artım 11,4%) məbləğində qiymətləndirilir.
Bankın öhdəlikləri 130 milyon 247,4 min manat (azalma 13,4%) təşkil edir.
Bankdakı depozitlər 74,004 milyon manata (azalma 7,1%), əhalinin əmanətləri 68,538 milyon manata (artım 2,2%) bərabərdir.
2023-cü il iyunun sonuna “Bank Avrasiya”nın kapitalı 76 milyon 25,32 min manat (artım 3%), nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) məbləğində olub.
2023-cü ilin yanvar-iyun ayları ərzində fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 2 milyon 272,68 min manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,8 dəfə çoxdur.
“Bank Avrasiya” 2007-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.*
X.Nəsirzadə