Pirallahı Sənaye Parkının rezidentləri tərəfindən ümumi investisiya qoyuluşu 66 milyon manata (cari məzənnə ilə $38,8 milyon – İF) çatacaq. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Pirallahı Sənaye Parkında investisiya kapitalı 66 milyon manatdan artıq 6 sahibkarlıq subyektinə rezident statusu verilib və bunlardan 2-si artıq istehsal fəaliyyətinə başlayıb. Buraya 36 milyon manatdan çox investisiya yatırılıb”, - deyə nazir sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, mövcud layihələr üzrə 30 milyon manata yaxın investisiyanın yatırılması, 250-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.
Hazırda Sənaye Parkında fəaliyyət göstərən müəssisələr tərəfindən 37 milyon manatlıq məhsul istehsal edilib.*
B.Rüstəmbəyov