Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” sərəncam imzalayıb.
Məqsəd Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirməkdir.
Sənədə əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq: 26 avqust – Laçın şəhəri günü; 4 oktyabr – Cəbrayıl şəhəri günü; 17 oktyabr – Füzuli şəhəri günü; 20 oktyabr – Zəngilan şəhəri günü; 25 oktyabr – Qubadlı şəhəri günü; 8 noyabr – Şuşa şəhəri günü; 20 noyabr – Ağdam şəhəri günü; 25 noyabr – Kəlbəcər şəhəri günü.
Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri ilə birlikdə bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.*
B.Rüstəmbəyov