Türkiyə Ermənistanla münasibətləri İrəvan Azərbaycanla sülh sazişi imzaladıqdan sonra normallaşdıracaq və bu, yaxın vaxtlarda baş verə bilər. Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Ankarada azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı bildirib.
“Biz əminik ki, Ermənistan və Azərbaycan tezliklə saziş imzalayacaq və bu, Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmasına gətirib çıxaracaq”, - deyə Fidan bildirib.
Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan XİN başçısı ilə görüşdə Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarı olduğunu bildirmişdi.*