Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 1-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Avqustun 1-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8664 manat/1EUR səviyyəsində (iyulun 31-nə 1.8713 manat/1EUR) müəyyən edilib.
AMB avqustun 1-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0185/1RUB (iyulun 31-nə 0.0184/1RUB) səviyyəsində müəyyən edib.
Avqustun 1-nə AMB manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0631 manat/1TRY səviyyəsində (31 iyul - 0.0630 manat/1TRY).müəyyən edib.**