Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-may aylarında Azərbaycandan 23,872 milyon avro dəyərində (azalma 49,8%) 4,486min ton qabığı təmizlənmiş meşə fındığı (ildən ilə azalma 45,2%) idxal edib. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) materiallarında deyilir.
Hesabat dövründə Azərbaycan Almaniyaya 12,975 milyon avro dəyərində (artım 1,5 dəfə) 2,406 min ton (artım 1,7 dəfə), İtaliyaya 6,887 milyon avro dəyərində (azalma 5,6 dəfə) 1,284 min ton meşə fındığı (azalma 5,1 dəfə) ixrac edib.
Çexiya, Estoniya, İspaniya, Fransa, Latviya, Polşa və Slovakiya Azərbaycandan kiçik həcmdə meşə fındığı idxal edib.
Avrostatın məlumatına görə, Aİ ölkələri 2022-ci ildə Azərbaycandan 58,103 milyon avro dəyərində (2021-ci illə müqayisədə artım 44,5%) 10,061 min ton meşə fındığı (artım 42,7%) idxal edib.**
R.Kərimov