Dövlət Vergi Xidməti (DVX) 381,956 min manat məbləğində nizamnamə kapitalı ilə «ORİYAD BALIQ-2022» MMC-ni qeydiyyata alıb.
“İnterfaks-Azərbaycan”a DVX-dən verilən məlumata görə, şirkət iyunun 12-də qeydiyyatdan keçib, rəsmi nümayəndəsi Pərviz Əliyevdir.
Bundan başqa, DVX tərəfindən 389,904 min manat məbləğində nizamnamə kapitalı ilə «NEFTÇALA BALIQ-ƏMTƏƏ-2022» MMC-ni qeydiyyata alınıb.
Şirkət iyunun 9-da qeydiyytadan keçib, rəmis nümayəndəsi Tural İsmayılovdur.
Hər iki şirkət Neftçala rayonunda qeydiyyatdan keçib. Eyni zamanda, DVX şirkətlərin fəaliyyət istiqamətlərini açıqlamır, lakin adlarına əsaslanaraq onların balıq təsərrüfatı sahəsində fəaliyyət göstərəcəkləri ehtimal olunur. **
B.Rüstəmbəyov