1 iyul 2023-cü il tarixinə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) aktivləri 2 milyard 542 milyon 148,526 min manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 5,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fonddan məlumat verilib.
2023-cü ilin birinci yarısının sonuna İKZF-nin kredit portfeli 1 milyard 865 milyon 921,857 min manat (artım 9,2% - İF-Az), banklarda yerləşdirilən depozitlərin həcmi 10 milyon 314,201 min manat (azalma 3,1%) təşkil edib, qalan məbləğ digər aktivlərin payına düşüb.
30 iyun 2023-cü il tarixinə Fondun öhdəlikləri 1 milyard 480 milyon 804,692 min manat (artım 6,2%), o cümlədən emissiya edilən qiymətli kağızlar 1 milyard 453 milyon 203,071 min manat (artım 6,2%) məbləğində qiymətləndirilir.
Hesabat dövrünün sonuna İKZF-nin kapitalı 1 milyard 61 milyon 343,834 min manat (5,5%), həmçinin nizamnamə kapitalı – 893 milyon manat (dəyişməyib), kapital ehtiyatları – 112 milyon 915,728 min manat (artım 10%) təşkil edib.
Birinci yarımillik ərzində Fondun xalis mənfəəti 11 milyon 578,105 min manat (2022-ci ilin birinci yarısı ilə müqayisədə artım 17,1%), əməliyyat gəlirləri – 16 milyon 972,323 min manat (artım 16,1%) təşkil edib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.**
X.Nəsirzadə