Maliyyə Nazirliyi 2023-cü ilin yekunları üzrə dövlət büdcəsinin gəlirlərini 33 milyard 8905, milyon manat səviyyəsində gözləyir.
“İnterfaks-Azərbaycan”a nazirlikdən verilən məlumata görə, gəlirlərin strukturunda 17 milyard 739,7 milyon manat və ya 52,3% neft-qaz sektorundan gəlirlərin payına düşəcək.
Dövlət büdcəsinin qeyr neft-qaz gəlirləri 16 milyard 150,8 milyon manat, xüsusi çəkisi – 47,7% səviyyəsində gözlənilir.
Gəlilərin strukturunda vergi orqanların xətti ilə daxilolmalar 14 milyard 987 milyon manat (xüsusi çəki 44,2%), gömrük orqanlarının xətti ilə - 5 milyard 728 milyon manat (17%), ARDNF-dən transfertlər – 11 milyard 737,7 milyon manat (34,6%) səviyəsində gözlənilir, qalanı sair gəlirlərin payına düşüb.
Maliyyə Nazirliyinin qiymətlədirmələrinə əsasən, 2023-cü ilin yekunları üzrə Azərbaycanın dövlət büdcəsinin kəsiri 2 milyard 734,3 milyon manat və ya ÜDM-in 2,5% səviyəsində gözlənilir.
Xəbər verildiyi kimi, 2023-cü ilin iyun ayında Azərbaycan prezidenti cari il dövlət büdcəsinə dəyişiklikləri təsdiq edib: gəlirlər - 33 milyard 779,5 milyon manat, xərclər - 36 milyard 568,8 milyon manat, kəsir 2 milyard 789,3 milyon manat və ya ÜDM-in 2,5%-i səviyyəsində proqnozlaşdırılır. **
R.Əhmədov