Çərşənbə axşamı SOCAR şirkətinin prezidenti Rövşən Nəcəf Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze ilə görüşüb.
“İnterfaks-Azərbaycan” SOCAR-a istinadən məlumat verir ki, görüşdə, həmçinin SOCAR-ın Gürcüstandakı uğurlu fəaliyyətindən məmnunluq ifadə edilib, neft-qaz, bərpaolunan enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.
O cümlədən, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **
B.Rüstəmbəyov