Çərşənbə axşamı Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədini pozan Ermənistan vətəndaşı saxlanılıb. Bu barədə DSX-dən məlumat verilir.
“Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Begleryan Rashid Aramayis saxlanılıb”, - məlumatda deyilir.
Hazırda faktla bağlı araşdırma aparılır. **
B.Rüstəmbəyov