Azərbaycan üçün Ermənistanla sülh danışıqlarının nəticəsi vacibdir və kimin vasitəçiliyi ilə əldə olunacağının əhəmiyyəti yoxdur. Bu barədə Azərbaycan prezidenti Ilham Əliyev bəyan edib.
"Rusiya 2020-ci il noyabrın 10-da atəşkəs haqqında sazişin və ya bəyannamənin imzalanmasında vasitəçi olub. Bu nə ABŞ, nə də Avropa İttifaqı olub. Ermənistanın baş naziri ilə ilk görüşlərimizi Rusiya ərazisində Rusiya təşkil edib. Rusiya-Ukrayna müharibəsi başlanandan sonra vəziyyət dəyişdi və biz ABŞ və Avropanın daha çox fəallıq göstərdiyinin şahidi olduq. Əslində, prosesə kimin rəhbərlik edəcəyi və ya belə deyək, kimin vasitəçi olacağı bizim üçün mühüm önəm kəsb etmir. Nəticə əldə etmək vacibdir", - Əliyev Euronews kanalına müsahibəsində bildirib.
Prezidentin sözlərinə görə, Azərbaycanın Rusiyaya mövqeyi ilə bağlı çox az şey dəyişib.
"Çünki Rusiya ilə münasibətlərimiz balansıaşdırılmış olaraq qalacaq. Bu münasibətlər bir-birinin milli maraqlarını və əlbəttə ki, ərazi bütövlüyünü və suverenliyini tanımağa əsaslanır. Rusiya bizim qonşumuz və tərəfdaşımızdır", - Əliyev vurğulayıb. **
B.Rüstəmbəyov