Azərbaycan prezidenti Ilham Əliyev Ermənistanla sülh danışıqlarında sərhədin müəyyənləşdirilməsini vacib hesab edir.
"Düşünürəm ki, ümid etmək düzgündür. Əslində bu görüşlər çox həssas məsələlərə toxunmağa imkan verir: sərhəd necə olacaq? Axı Ermənistanla Azərbaycan arasında sərhəd hələ də müəyyənləşdirilməyib. Sovet İttifaqının süqutundan sonra biz işğal ilə üzləşdik. Demək, sərhəd vacib məsələdir. Yerlərdə real vəziyyət necə olacaq? Nəqliyyat əlaqəsi necə olacaq?", - Əliyev Euronews kanalına müsahibəsində deyib.
"Xatırladım ki, İkinci Ikinci Qarabağ müharibəsinin nəticələrinə görə Ermənistan eksklavımız olan Naxçıvana çıxışı təmin etmək öhdəliyini öz üzərinə götürüb. Lakin indiyədək bu baş vermir. Buna görə sülh müqaviləsinin konkret bəndləri üzrə əsas işlər nazirlər tərəfindən aparılır. İki ölkə liderlərinin görüşləri, mənə elə gəlir ki, sadəcə olaraq, əlverişli fon yaradır", - dövlət başçısı qeyd edib. **
B.Rüstəmbəyov