Ermənistan və Azərbaycan arasında sülh sazişi əlçatan həddədir və Vaşinqton hər iki tərəflə güzəştlər üzərində işini davam etdirir. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller çərşənbə axşamı press-brifinqdə bəyan edib.
«Hesab edirik ki, sülh sazişi əlçatan həddədir», - deyə o bildirib.
«Biz Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri səviyyəsində Ermənistan və Azərbaycandan olan nümayəndələrlə əməkdaşlığı davam etdiririk və onları sülh üzrə son sazişə gəlmək üçün çətin, lakin zəruri güzəştlərə nail olmağa çağırırıq», - Miller əlavə edib. **