“Azərişıq” ASC Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən mövcud 110/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasının 110/35/10 kV-luq 2x25 mVA gücündə yenidən qurulması işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
Tenderdə iştirak haqqı 1,5 min manatdır.
Tender təklifləri 13 sentyabr saat 15:00-dək qəbul olunur.
Tender proseduru 14 sentyabr saat 15:00-da baş tutacaq.
Podratçı satınalma müqaviləsinin icrasını təmin etmək üçün iş təcrübəsinə, texniki və maliyyə imkanlarına malik olmalıdır. İddiaçılar son üç ildə elektrik stansiyalarının tikintisi və yenidən qurulması üzrə hər birinin ümumi məbləği 5 milyon manatdan az olmamaq şərtilə ən azı 3 oxşar layihənin icrasını başa vurmuş olmalı və təsdiqedici sənədləri təqdim etməlidirlər.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
N.Abbasova