“Kapital Bank” ASC 2023-cü ilin I yarısında işçilərinin sayını artırmağa davam edib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bankın yarımillik hesabatına əsasən, 2023-cü ilin iyun ayının sonuna “Kapital Bank”da 5027 nəfər (2022-ci ilin sonuna 4828 nəfər) çalışıb.
Beləliklə, yanvar-iyun aylarında “Kapital Bank”ın işçilərinin sayı 4,1% artıb.
I rübdə bankın işçilərinin sayı 135 nəfər, II rübdə 64 nəfər artıb.
Xəbər verildiyi kimi, 2022-ci ildə “Kapital Bank”ın işçilərinin sayı 17,7% artıb.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və aktivlərinin həcminə görə aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (81,08%), “PAŞA Sığorta” (7,52%) və fiziki şəxslərdir (11,4%).*
R.Əhmədov