2023-cü ilin birinci rübündə Qarabağ Dirçəliş Fonduna 121 milyon 75,204 min manat ianə olunub.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Fondun 2022-ci il ərzində audit olunmuş maliyyə hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, 2022-ci ildə ərzində Qarabağ Dirçəliş Fonduna 151 milyon 967,719 min manat ianə olunub.
Xəbər verildiyi kimi, 2021-ci ildə ərzində Qarabağ Dirçəliş Fonduna 892 milyon 206,306 min manat ianə olunub.
Prezident İlham Əliyev 2021-ci il yanvar ayının 4-də “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında” fərman imzalayıb.
Nizamnamə kapitalı 1 milyon manat olan Fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edir, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirir.
Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirir.**
R.Əhmədov