«AZ-TEX-İMPORT» MMC İcbari Tibbi Sığorta Agentliyi ilə təcili tibbi yardım avtomobillərinin satın alınmasına dair müqavilə imzalayıb.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən məlumat verir ki, müqavilənin dəyəri 15 milyon 424,091 min manat təşkil edir.
Müqaviləyə əsasən, «AZ-TEX-İMPORT» yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilləri (həmçinin 69 ədəd reanimobil təcili tibbi yardım avtomobili) tədarük etməlidir.
Avtomobillərin tədarükü müqavilə imzalandığı gündən 12 ay ərzində həyata keçirilməlidir.**
B.Rüstəmbəyov