Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi (TİKİ) avtomobillərin və xüsusi texnikanın alışına 3,6 milyon manata yaxın vəsait yönəldəcək.
İdarə iki müqavilə bağlayıb.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən məlumat verir ki, birinci müqavilə "İdeal Motors" MMC ilə imzalanıb və 20 ədəd pikap tipli avtomobilin alışını nəzərdə tutur.
Müqavilənin dəyəri – 839,999 min manatdır.
İkinci müqavilə “Caspian Equipment Company” MMC ilə bir ədəd avtoqreyder və 11 ədəd buldozerin satınalınmasına dair bağlanıb. Müqvilənin dəyəri - 2 milyon 774 min 800 manatdır. **
B.Rüstəmbəyov