“Azərkosmos” Kosmik Agentlik ilə Çinin “Emposat” şirkəti arasında biznes müqavilə imzalanıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Müqavilə “Azərkosmos” tərəfindən Çin şirkətinə hostinq xidmətlərinin göstərilməsini nəzərdə tutur.
Sənədə əsasən, “Emposat” şirkəti “Azərkosmos”un hostinq xidmətlərindən istifadə etməklə müştərilərinə yerüstü peyk xidmətləri təqdim edəcək. Bu, öz növbəsində, şirkətə öz resurslarını optimallaşdırmaq üçün geniş imkanlar açacaq. **
B.Rüstəmbəyov