Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanı Ağdam-Xankəndi yolu vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinə humanitar yardımın ötürülməsinə mane olmaqda ittiham edib.
O bəyan edib ki, Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) Ağdam-Xankəndi marşrutundan humanitar fəaliyyətin həyata keçirilməsi üçün istifadə etməyi təklif edib və «bunun üçün bütün lazımi şərait» yaratmağa hazır olduğunu bildirib.
Nazir əlavə edib ki, «Ağdam-Xankəndi marşrutundan malların yerli əhaliyə çatdırılması üçün istifadə imkanı» Bakı tərəfindən ən yüksək səviyyədə təsdiqlənib. Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə görüşü zamanı (15 iyul - İF) Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşkil etdiyi «bu görüşün nəticələri ilə bağlı bəyanatında Mişel Ağdam-Xankəndi marşrutundan Qarabağ sakinlərinin ehtiyaclarının ödənilməsi istiqamətində səylərin vacib tərkib hissəsi kimi istifadə olunmasının tərəfdarı qismində çıxış edib”.
«Buna baxmayaraq, Ermənistan Qarabağda qanunsuz rejimdən istifadə edərək Ağdam-Xankəndi marşrutu ilə humanitar yardımın ötürülməsinə mane olmağa davam edir, yük və xidmətlərin çatdırılması üçün alternativ marşrutların istifadəsinə qarşı qondarma ictimai etirazların təşkil edir, etnik və irqi nifrətin alovlanması üçün öz pisniyyətli siyasətini həyata keçirmək məqsədilə yerli əhalidən istifadə etməyə davam edir», - Bayramovun BMT baş katibinə ünvanlandığı məktubda deyilir. «İnterfaks-Azərbaycan” agentliyi məktubun nüsxəsini əldə edib.
Azərbaycan Xarici Işlər Nazirliyinin başçısı davam edib ki, əlində Irəvan «beynəlxalq humanitar yardım kontekstində BMT-nin müvafiq sənədlərində təsbit edilmiş insanlıq, neytrallıq, qərəzsizlik və müstəqillik prinsiplərini və alıcı ölkənin suverenliyi və razılığı ilə bağlı müdaxilə etməmək hüququnu pozur».
«Etnik nifrətə əsaslanan humanitar yardımın bu cür özbaşına rədd edilməsi beynəlxalq humanitar hüququn görülməmiş pozulmasıdır, Ermənistan tərəfindən BQXK-nin siyasiləşməsinin və fəaliyyətindən sui-istifadə edilməsinin ən parlaq sübutudur və sübut edir ki, qondarma “blokada” iddiaları yalan və əsassızdır», - XİN başçısı qeyd edib. **
R.Kərimov