Azərbaycan prezidenti İlham Əliyev Bakının Ermənistanla sülh prosesini davam etdirmək əzmini bir daha təsdiqlədi və tezliklə nəticələrin əldə olunacağına ümidvar olduğunu bildirdi.
Azərbaycan liderinin saytındakı məlumata əsasən, bu barədə Əliyev cümə axşamı Bakıda ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edərkən bəyan edib.
Tərəflər Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesini müzakirə ediblər.
“Əliyev Azərbaycan tərəfinin sülh prosesini davam etdirmək əzmini bir daha təsdiqlədi və tezliklə danışıqlar çərçivəsində müzakirə olunan əsas istiqamətlər üzrə nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirdi”, - məlumatda deyilir.
Dövlət başçısı bu yaxınlarda ABŞ Dövlət katibi Antoni Blinkenlə keçirdiyi telefon söhbəti zamanı qaldırılmış məsələlər ətrafında fikir mübadiləsini davam etdirdi. **
X.Nəsirzadə