Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Pakistanın Baş Auditoru Muhammad Acmal Qondal ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” Hesabalama Palatasına istinadən məlumat verir.
Görüş zamanı tərəflər əməkdaşlıq əlaqələrinin gələcək perspektivləri, eləcə də potensialın gücləndirilməsini müzakirə ediblər.
Görüş əsnasında Anlaşma Memorandumunun yenilənərək imzalanması mərasimi keçirilib.
«Memorandum özündə mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi, eyni zamanda audit sahəsində potensialın artırılması istiqamətində birgə fəaliyyətlərin daha məhsuldar təşkilini ehtiva edir”, - məlumatda qeyd olunur. **
X.Nəsirzadə