Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti (“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin strukturu) Bərdə şəhəri hüdudlarında Tərtər çayında sahilbərkitmə işlərinə 4,1 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən məlumat verir ki, “Qarabağ-ER” MMCilə bu işləri icrasına dair müqavilə imzalanıb.
Müqavilənin dəyəri - 4 milyon 99,895 min manatdır.
İşlərin icra müddəti – 20 ay təşkil edir. **
B.Rüstəmbəyov