Gürcüstanın baş naziri İrakli Qaribaşvili cümə günü Şovi dağ kurortu ərazisində torpaq sürüşməsinin baş verdiyi fəlakət zonasına gəlib.
"Təəssüf ki, ölənlərin sayı yeddi nəfərə çatıb. Vəziyyət çox çətindir. Kotteclərin olduğu torpaq tamamilə sürüşməyə məruz qalıb", - Qəribaşvili jurnalistlərə bildirib.
O qeyd edib ki, helikopterlərlə xilasedicilər fəlakət zonasından 210 nəfəri təxliyə edib.
«Qarşıdakı günlərdə axtarış işlərinə Müdafiə Nazirliyinin qüvvələri cəlb olunacaq», - Qəribaşvili deyib.
O, həmçinin məlumat verib ki, avqustun 7-si, bazar ertəsi Gürcüstanda matəm günü elan ediləcək. **