2023-cü ilin yanvar-iyul aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən yük daşımaları 10 milyon 639,641 min tontəşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a ADY-dən məlumat verilib.
“Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur”, - cəmiyyətdən vurğuanıb.
ADY-nin məlumatına görə, cari ilin yanvar-iyul aylarında dəmir yolları ilə 3 milyon 753,456 min sərnişin (2022-ci ilin analoji dövrünün göstəricisindən +51%) daşınıb.
2022-ci ildə ADY-nin xətti ilə yük daşımalarının həcmi 18,7 milyon ton, sərnişin daşınmaları – 5,1 milyon nəfər təşkil edib. **
B.Rüstəmbəyov