Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi”ndə dəyişiklikləri təsdiq edib.
Dəyişikliyə əsasən, strateji hədəf 2022–2025-ci illər üzrə dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 2025-ci ilin sonunadək 30%-i üstələməməsidir (öncə - ÜDM-in 20%-dən aşağı səviyyədə saxlanılmasıdır).
Bundan başqa, dəyişikliyə əsasən, 2026-cı ilə qədər Azərbaycanın xarici dövlət borcu 10 milyard ABŞ dollarını üstələməməlidir (əvvəl – ÜDM-in 15%-dən aşağı səviyyədə saxlanılmasıdır).
Xəbər verildiyi kimi, Maliyyə Nazirliyinin məlumatına görə, 30 iyun 2023-cü il tarixinə Azərbaycanın dövlət borcu 16 milyard 161 milyon manat və ya cari ilə proqnozlaşdırılan ÜDM-in 14,5%-i səviyyəsində qiymətləndirilib. Azərbaycanın xarici borcu $6 milyard 576,9 milyon (11 milyard 180,7 milyon manat) və ya ÜDM-in 10%-ni təşkil edəcək. Daxili dövlət borcu 4 milyard 970,3 milyon manat və ya ÜDM-in 4,5%-i olacaq.
Maliyyə Nazirliyinin proqnozlarına əsasən, 2023-cü ilin yekunları üzrə ölkənin dövlət borcunu 17 milyard 536 milyon manata qədər (cari məzənnə ilə $10 milyard 315,3 milyon) artacaq. Həmçinin, 1 ynavar 2024-cü ilə xarici borc $6 milyard 381 milyon və ya 10 milyard 847 milyon manat, daxili borc - 6 milyard 689 milyon manat təşkil edəcək. **
A.Əzizov