Azərbaycanlı idmançı Roman Saley cümə günü Mançesterdə (İngiltərə) keçirilən Paraüzgüçülük üzrə dünya çempionatında qızıl medal qazanıb.
O, final yarışında 100 metr sərbəst üzmə növündə 53.32 saniyə nəticə göstərib.
Bu, Saleyin Mançesterdə qazandığı dördüncü medaldır. O, həmçinin gümüş və iki bürünc medal sahibidir.
Mançesterdə Paraüzgüçülük üzrə dünya çempionatı iyulun 31-dən avqustun 6-dək keçirilir. **
İnformasiya şöbəsi