Rusiya XİN-in rəsmisi Mariya Zaxarova bəyan edib ki, Moskvanın taxıl sazişi ilə bağlı bütün tələbləri kağızda öz əksini tapıb. O, ABŞ Dövlət Departamentinin sanksiyaların koordinasiyası idarəsinin rəhbəri James O”Brienin sözlərinə öz Teleqram kanalında belə reaksiya verib. O”Brien bildirib ki, Rusiya tərəfi razılaşmalar çərçivəsində dəqiq nə istədiyini izah etməlidir.
"Dövlət Departamentində olanlar üçün bir daha təkrar edirik: Biz “Qara dəniz təşəbbüsü" paket razılaşmasının ikinci hissəsinin icrasını istəyirik. Kağızda qeydə alınan hər şey BMT-nin baş katibi [Antonio Quterriş] tərəfindən təsdiqlənib. Əgər Rusiya Xarici İşlər Nazirliyinin saytındakı məlumat yetərli deyilsə, ABŞ səfirliyinin nümayəndəsi əlavə izahat üçün XİN-ə müraciət edə bilər", - Zaxarova yazıb. **