Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir.
Qeyd olunub ki, telefon danışığı ABŞ tərəfin təşəbbüsü ilə baş tutub.Danışıq zamanı Cənubi Qafqazda baş verən proseslər, xüsusilə Azərbaycanla Ermənistan arasında normallaşma prosesi, o cümlədən, Qara Dəniz taxıl sazişinin bərpası, Qara dənizin təhlükəsizliyi və NATO-nun genişlənməsi müzakirə edilib. **
V.Əliyev