Ukraynaın xarici işlər naziri Dmitri Kulebanın “taxıl sazişi” ilə bağlı vəziyyətə dair türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı olub.
«Qara dəniz taxıl təşəbbüsünü müzakirə etmək üçün Hakan Fidan ilə telefon danışığım oldu», - Kuleba Twitter mikrobloqunda yazıb.
XİN başçısı məlumat verib ki, söhbət zamanı Rusiyanın sazişdən çıxmasının Afrika ölkələrinə və qlobal ərzaq təhlükəsizliyinə zərərli təsirini qeyd edib.
«Türkiyə sazişin bərpası üçün səyləri davam etdirəcək», - Kuleba vurğulayıb.
Həmçinin, Ukrayna XİN başçısının sözlərinə görə, tərəflər Ukrayna-Türkiyə münasibətlərinin gələcəyini müzakirə ediblər. **