Hacıqabul Rayon İcra Hakimiyyəti 2023-cü ildə Hacıqabul şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin podratçısı qismində “AZTİMONT” ASC-ni seçib.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalamaları portalına istinadən məlumat verir ki, podrat işlərinin dəyəri 485 min 841,73 manat təşkil edir.
Bütün işlər 2023-cü ilin sonunadək yekunlaşmalıdır. **
R.Əhmədov