Sumqayıt Tibb Mərkəzi "Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin müəssisələrində laboratoriya şöbəsinin yenidən təşkil olunmasına "Sağlam Həyat" MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi satınalamalar portalına istinadən məlumat verir ki, "Sağlam Həyat"ın funksiyalarına həmçinin vətəndaşlara göstəriləcək laborator tibbi xidmətlərin göstərilməsi daxil olacaq.
Müqavilənin dəyəri – 3,6 milyon manat təşkil edir.
İşlərin icrası müddəti – 17 iyul 2023-cü ildən 17 iyul 2024-cü ilə qədərdir. **
İnformasiya şöbəsi