Gəncə şəhəri MDB ölkələrinin üçüncü Oyunlarına ev sahibliyi edəcək. Rusiya mətbuatı gənclər və idman nazirinin müavini Mariana Vasilevanın jurnalistlərə açıqlamasından sitat gətirir.
"III MDB Oyunları Gəncə şəhərində keçiriləcək. Gəncə - Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhəridir. Hazırda orada yeni müasir kompleks tikilir. Bölgələrdə yarışların keçirilə biləcəyi fikri xoşumuza gəldi”, - deyə Vasileva qeyd edib ki, Şurada tədbirin formatı müzakirə olunacaq.
Onun rəyinə görə, əsas Olimpiya idman növlərinə və bütün ölkələr üçün ənənəvi qeyri-olimpiya idman növlərinə diqqət yetiriləcək.
III MDB Oyunlarının 2025-ci ildə keçirilməsi planlaşdırılır. **
V.Əliyev