Avropa İttifaqı payızda Türkiyə ilə Aİ arasındakı münasibətlərin vəziyyəti barədə hesabatı müzakirə edəcək, ölkənin təşkilata üzvlüyü və viza rejiminin təşkili və liberallaşdırılması üzrə növbəti addımları nəzərdən keçirəcək. Bu barədə “İhlas” nəşri Brüsseldəki diplomatik mənbələrə istinadən xəbər verir.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Türkiyə namizəd ölkə və tərəflərin qarşılıqlı maraq kəsb eytdiyi bir çox sahələrdə Aİ-nin əsas tərəfdaşıdır.
Nəşrdə qeyd olunur ki, eyni zamanda payızda Avropa İttifaqının yüksək nümayəndəsi və komissiyasının Aİ ilə Türkiyə arasında münasibətlərin vəziyyəti barədə viza rejiminin liberallaşdırılması sahəsində hadisələrin gələcək inkişafı ilə bağlı müzakirəsi planlaşdırılır. **
V.Əliyev