Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak Ciddədə (Səudiyyə Ərəbistanı) Böyük Britaniya, Fransa, Almaniya və ABŞ liderlərinin müşavirləri ilə görüş keçirib, Ukraynanın ikitərəfli təhlükəsizlik təminatları ilə bağlı danışıqların başlanacağını gözlədiyini bildirib.
Görüşdə Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Timoti Barrou, Almaniya kanslerinin xarici siyasətməsələləriüzrə müşaviri Yens Pletner, Fransa prezidentinin diplomatik müşaviri Emmanuel Bonn və ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə Müşaviri CeykSallivan iştirak ediblər. **