Azərbaycan hərbçiləri tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Avqustun 7-si saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus “DJI Mavic 3” kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib”, - deyə məlumatda bildirilir.
Bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.*
X.Nəsirzadə